İsmayıllı rayonunda fərdi yaşayış evində və ona bitişik köməkçi tikilidə yanğın baş verib.
Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Mican kəndində qeydə alınıb.
Kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan, 6 otaqlı kürsülü evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb.
Bundan əlavə, evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkçi tikilinin 50 kvadratmetr sahəsi yanğına məruz qalıb.
Yanğın zamanı yaşayış evinin qalan hissəsi və köməkçi tikilinin digər sahələri mühafizə olunub.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Yanğının başvermə səbəbi dəqiqləşdirilir.

