Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, qəza Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.
Nəticədə “Isuzu”da olan sərnişin, 1980-ci il təvəllüdlü İmişli rayon sakini Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.





