Yevlaxda qeysəriyyə əməliyyatı zamanı körpə ölüb.
Xəbər Yerində Unikal.az-a istinadən xəbər verir ki, hadisə Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, Səmədabad kənd sakini, 1996-cı il təvəllüdlü Çimnaz Elçin qızı Paşayevanın körpəsi qeysəriyyə əməliyyatı zamanı həyatını itirib.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

