Bakının Xəzər rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısında yerləşən su kanalına düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.

