Ordubadda güclü yağışdan sonra sel fəsadlar törətdi

Ordubadda güclü yağışdan sonra sel fəsadlar törətdi

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda güclü yağışdan sonra sel baş verib.

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Ordubad rayonunun Dırnıs, Kələki və Anaqut kəndlərində yağan intensiv yağış daşqına səbəb olub.

Sel kəndlərdə fəsadlar törədib. Xüsusilə Kələki kəndində stadionu su basıb.

Hadisənin digər fəsadları barədə hələlik əlavə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir