Ceyhunun qatili olduğu iddia edilən Elmar dünya çempionu imiş

Ceyhunun qatili olduğu iddia edilən Elmar dünya çempionu imiş

Bakıda kafedə baş verən və bir nəfərin ölümü ilə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən MMA idman ustası Elmar Cəfərovla bağlı bəzi detallar məlum olub.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Elmar Cəfərov 2015-ci ildə Antalyada Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə isə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.

Qeyd edək ki, hadisədən sonra Elmar Cəfərovla birlikdə “Sabunçu Emin” kimi tanınan şəxs də ərazidən qaçaraq gizlənib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Hadisə ilə bağlı deputatın oğlu da daxil olmaqla, ümumilikdə 9 nəfər saxlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir