Azərbaycanın Belçikadakı səfiri Kral Filipə etimadnaməsini təqdim etdi

Azərbaycanın Belçikadakı səfiri Kral Filipə etimadnaməsini təqdim etdi

Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini Belçika Kralı Filipə təqdim edib.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, etimadnamənin təqdim edilməsindən sonra keçirilən görüşdə Azərbaycan-Belçika münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun gücləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr, regional bağlantıların gücləndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafındakı rolu, eləcə də bölgədəki mövcud vəziyyət diqqət mərkəzində olub.

Məmməd Əhmədzadə regionda davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycanın səyləri, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumat verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir