Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdü – Foto

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdü – Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveysi ilə görüşüb.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı qonaq Bakının möhtəşəm memarlığı və Zəfər muzeyi ilə bağlı təəssüratlarını bölüşüb.

Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında mövcud olan səmərəli əməkdaşlığın səviyyəsi müsbət qiymətləndirilib.

Həmçinin ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb. Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da müasir turizm infrastrukturunun yaradıldığı bildirilib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir