Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə iştirak etməyəcək.
Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyəyə səfər edə bilməyəcək.
Oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi baş tutacaq. Prezident İlham Əliyevin yarışın finalçılarını mükafatlandırması nəzərdə tutulub.
Prezidentin tapşırığına əsasən, Türkiyədə keçiriləcək TDT-nin Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
Azərbaycan nümayəndələri zirvə görüşü çərçivəsində təşkil olunacaq digər müvafiq tədbirlərdə də iştirak edəcəklər.

