Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 588 saylı qəsəbə ərazisində qeydə alınıb.
Qəsəbə sakini, 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini elektrik dirəyinə çırpıb.
Qəza nəticəsində yeniyetmə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, ağır vəziyyətdə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Qeyd edək ki, 17 yaşlı sürücünün avtomobil idarə etmək hüququ olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

