Səbinə Əvəzqızından Sərxan Kərəmoğluna sərt cavab: “Şillə hamının üzündə iz buraxır”

Səbinə Əvəzqızından Sərxan Kərəmoğluna sərt cavab: “Şillə hamının üzündə iz buraxır”

Jurnalist Səbinə Əvəzqızı APA TV əməkdaşı Sənan Bəhrəmliyə qarşı hücumla bağlı Sərxan Kərəmoğlunun açıqlamalarına sərt etiraz edib.

Xəbər Yerində Lent.az-a istinadən xəbər verir ki, Səbinə Əvəzqızı Kərəmoğlunun jurnalistin qarşısındakı şəxsin əsəbi olduğunu nəzərə almalı olduğu barədə fikirlərini tənqid edib.

O, jurnalistin hadisə yerinə gedərkən qarşı tərəfin psixoloji vəziyyətini əvvəlcədən müəyyənləşdirməli olmadığını vurğulayıb:

“Jurnalist hadisə yerinə gedəndə özü ilə mikrofon, kamera, yoxsa insanların psixoloji portretini cızmaq üçün test aparmalıdır?”

Səbinə Əvəzqızı Sərxan Kərəmoğlunun daha əvvəl Təranə Qumral və Mətanət Əsədova ilə yaşadığı qalmaqalları da xatırladaraq zorakılığa münasibətdə ikili standartların yolverilməz olduğunu bildirib.

Müəllif fikrini belə ifadə edib:

“Zorakılığın ünvanı dəyişəndə ona münasibət də dəyişməməlidir”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir