Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, İsmayıllı şəhərində piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçməyə çalışan gənc yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hadisənin videogörüntüləri yayılıb.
Kadrlardan görünür ki, yolu təhlükəli şəkildə keçən gənc oğlan dairədə manevr edən avtomobilə çırpılaraq yerə yıxılır. Bir müddət sonra ayağa qalxan piyada heç nə olmamış kimi yoluna davam edir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

