İlham Əliyev: “Ermənistan ordusunda 12 minə yaxın fərari olub, bax fərq bundan ibarətdir”

İlham Əliyev: “Ermənistan ordusunda 12 minə yaxın fərari olub, bax fərq bundan ibarətdir”

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ermənistanın müharibə dövründəki təhdidlərindən və ordusundakı fərarilik hallarından danışıb.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfi Azərbaycanı daim yeni müharibə ilə hədələyir, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə xalqımızın ləyaqətini alçaltmağa çalışırdı.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu təhdidlərə döyüş meydanında cavab verib:

“Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir.

Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə – Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi ilə faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra – noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir