Qızılın qiyməti son 18 ilin ən böyük aylıq enişini yaşadı

Qızılın qiyməti son 18 ilin ən böyük aylıq enişini yaşadı

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, qızılın qiyməti 2026-cı ilin oktyabr ayının yekunlarına görə 7,3 faiz ucuzlaşıb. Bu, 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranından bəri oktyabr ayı üzrə qeydə alınan ən kəskin qiymət azalmasıdır.

“İzvestiya” nəşrinin məlumatına görə, ilin əvvəlində qızıl bazarında tamamilə fərqli mənzərə müşahidə olunub. Yanvar ayında qiymətli metalın fyuçerslərinin dəyəri bir troya unsiyası üçün 5 626,8 dollara yüksələrək tarixi maksimuma çatıb.

Lakin Yaxın Şərqdəki böhran və faiz dərəcələrinin artırılması fonunda qızılın qiyməti sürətlə geriləməyə başlayıb. Payıza doğru qiymətli metalın dəyəri təxminən 28 faiz azalıb.

Qızılın qiyməti 3 876 dollara qədər düşüb

Oktyabr ayında qızılın dəyəri 7,3 faiz ucuzlaşıb. Bu qədər kəskin aylıq eniş sonuncu dəfə 2008-ci ildə qeydə alınıb.

Oktyabrın 30-da qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 876,39 dollara düşüb. Bu, 2025-ci ilin oktyabrından bəri ən aşağı göstərici olub.

Noyabrın əvvəlində itkilərin bir hissəsini kompensasiya etmək cəhdlərinə baxmayaraq, ucuzlaşma tendensiyası davam edib. Noyabrın 6-na olan məlumata görə, qızılın bir troya unsiyasının qiyməti 4 045 dollar təşkil edib.

İnvestorları ciddi sınaq gözləyir

Məlumata görə, qızılın qiymətinin uzun müddət 4 000 dollar həddindən aşağı qalması investorlar üçün ciddi risk yarada bilər.

Bu vəziyyət xüsusilə qızılla təmin olunan birja investisiya fondlarının zərərlə üzləşməsinə səbəb ola bilər. Qeyd olunur ki, cari ildə belə fondların ehtiyatlarına təxminən 150 ton qızıl əlavə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir