FIFA 2026 Dünya Kubokunun final qarşılaşmasının keçiriləcəyi “New York New Jersey” stadionunun ot örtüyünü kiçik hissələr şəklində internet üzərindən satışa çıxaracaq.
Qatran içərisində qorunaraq satışa təqdim olunacaq ot parçalarının qiyməti 450 dollardan başlayacaq.
İyulun 19-da keçiriləcək final qarşılaşmasından sonra göndəriləcək bu xüsusi xatirə məhsulları yalnız ABŞ, Böyük Britaniya və Avropadakı alıcılara satılacaq. Məhsulların 900, 1200 və 3000 dollarlıq fərqli qiymət seçimləri də olacaq.
Dörd kateqoriyada hazırlanacaq məhsulların hər birindən 2026 ədəd istehsal ediləcəyi və bütün məhsulların satılması halında 11,2 milyon dollardan çox gəlir əldə ediləcəyi qeyd olunub.
3000 dollarlıq paketin içərisində qızıl işləməli metal xatirə bilet, Dünya Kubokunun final topunun kiçik replikası və kristal kəsimli şüşə Dünya Kuboku kuboku da yer alır.
Mənbə: TRTspor

