Xaçmazda faciə: Avtomobil hovuza düşdü, 68 yaşlı kişi öldü

Xaçmazda faciə: Avtomobil hovuza düşdü, 68 yaşlı kişi öldü

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna içərisində 1 nəfərin olduğu avtomobilin düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.

Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Kərimov Rafiq Paşa oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir