Bulvarda batma təhlükəsi ilə üzləşən 64 yaşlı kişi xilas edildi-VİDEO

Bulvarda batma təhlükəsi ilə üzləşən 64 yaşlı kişi xilas edildi-VİDEO

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbər görə, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1961-ci il təvəllüdlü Hacıyev İlqar Qəzənfər oğlu Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir