Hazal Kaya və Ali Atay Amsterdamda yeni həyat qurmağa hazırlaşırlar
Türkiyənin məşhur aktyor cütlüyü Hazal Kaya və Ali Atay gələcək planları ilə bağlı diqqətçəkən açıqlamalar veriblər.
Türkiyə mətbuatının verdiyi məlumata görə, cütlük Niderlandın paytaxtı Amsterdamda yeni şirkət təsis edib və fəaliyyətlərini qismən bu ölkəyə köçürməyi planlaşdırır.

Son günlər onların Türkiyəni birdəfəlik tərk edəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirən Hazal Kaya bu xəbərlərin həqiqəti tam əks etdirmədiyini deyib.
Aktrisanın sözlərinə görə, ailə həyatını həm Türkiyədə, həm də Niderlandda davam etdirməyi planlaşdırır: “Türkiyə ilə bağlarımız qopmur. Buradakı layihələrimiz və peşə fəaliyyətimiz davam edəcək. Eyni zamanda Amsterdamdakı işlərimizi də paralel şəkildə inkişaf etdirəcəyik”.
Qeyd edək ki, Hazal Kaya və Ali Atay 2019-cu ildə ailə həyatı qurublar. Onların nikahından iki övladı dünyaya gəlib.
Mənbə: Qafqazinfo

