Gəncədə kütləvi zəhərlənmə olub

Gəncədə kütləvi zəhərlənmə olub

Gəncədə yas mərasimində kütləvi zəhərlənmə: Azyaşlılar da daxil olmaqla 8 nəfər xəstəxanaya yerləşdirildi

Gəncə şəhərində keçirilən yas mərasimində kütləvi qida zəhərlənməsi baş verib.

İlkin məlumata əsasən, mərasimdə iştirak edən bir qrup şəxs özünü pis hiss etdikdən sonra təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Zəhərlənənlər arasında azyaşlıların da olduğu bildirilir.

Hospitalizasiya edilən şəxslər Nuriyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987) və Mahirə İsmayılova (1983)-dür.

TƏBİB-in yaydığı məlumata görə, saat 18:00 radələrindən etibarən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə şübhəsi ilə ümumilikdə 8 nəfər (3 kişi, 5 qadın) qəbul edilib.

Qeyd olunub ki, pasiyentlərə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onların müalicəsi davam etdirilir və vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir