Türkiyə Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra bu ölkəyə növbəti humanitar yardım göndərib.
Türkiyənin Karakasdakı səfiri Aydan Karamanoğlu bildirib ki, AFAD tərəfindən 275 böyük çadır, çadır şəhərciklərinin qurulması üçün avadanlıqlar, eləcə də 7 tona yaxın tibbi ləvazimat və dərman Venesuelaya çatdırılıb. Onun sözlərinə görə, Türkiyə bundan sonra da Venesuela xalqına dəstəyini davam etdirəcək.
Xeberyerinde Türkiyə KİV-ə istinadən xəbər verir ki, Venesuelanın xarici işlər naziri İvan Gil göstərilən yardıma görə Türkiyə hökumətinə, Prezident Rəcəb Tayyib Ərdoğana və türk xalqına təşəkkür edib. O bildirib ki, Türkiyə zəlzələdən dərhal sonra yardım göstərən ilk ölkələrdən biri olub.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Son məlumata görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 4 490 nəfərə çatıb.

