Prezident: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı dövlətlər yoxdur

Prezident: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı dövlətlər yoxdur

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasındakı münasibətlərin tarixi köklərə və qardaşlığa əsaslandığını bildirib.

Dövlət başçısı qeyd edib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı xalqlar və dövlətlər yoxdur.

İlham Əliyev vurğulayıb ki, bu bağlılıq iki ölkənin ən böyük sərvətidir:

“Şuşa Bəyannaməsi sadəcə olaraq bu tarixi mədəni əlaqələri rəsmi çərçivəyə salıb. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir