İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli Beynəlxalq Hava Limanından təyyarə ilə Bakı istiqamətində yola düşüb.
Xeberyerinde-nin AZƏRTAC-a istinadla verdiyi məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Füzuli Beynəlxalq Hava Limanında Slovakiya dövlət başçısına Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə ətraflı məlumat təqdim edib.
Slovakiya Prezidentini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, eləcə də digər rəsmi şəxslər yola salıblar.




