Peter Pelleqrini Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib

Peter Pelleqrini Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, Slovakiya lideri Ulu Öndərin məzarı önünə əklil qoyub.

Peter Pelleqrini, həmçinin görkəmli alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək onun xatirəsinə hörmət ifadə edib və məzarı üzərinə gül dəstələri düzüb.

Bundan əlavə, Slovakiya Prezidenti görkəmli dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir