Milli Məclisin sədri Qətərdə rəsmi səfərdədir

Milli Məclisin sədri Qətərdə rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfərlə Qətərin paytaxtı Dohaya yola düşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, səfərin məqsədi Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığını çatdırmaqdır.

Səfərin məqsədi Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşərək başsağlığı ifadə etməsidir.

Azərbaycan nümayəndə heyəti Doha Beynəlxalq Hava Limanında ölkəmizin Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun və Qətər tərəfinin rəsmi nümayəndələrinin iştirakı ilə qarşılanıb.

Mənbə: XəzərXəbər

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir