BBC 15 İyul çevriliş cəhdinə həsr olunmuş xüsusi buraxılış yayımlayıb

BBC 15 İyul çevriliş cəhdinə həsr olunmuş xüsusi buraxılış yayımlayıb

BBC-nin “Witness History” proqramında 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdinə həsr olunmuş xüsusi buraxılış yayımlanıb.

Xeberyerinde BBC news-a istinadən xəbər verir ki, verilişdə çevriliş cəhdi zamanı baş verən hadisələrə şahidlik etmiş şəxslərin xatirələri təqdim olunur. Bildirilir ki, həmin gecə üsyançı hərbçilərin döyüş təyyarələri, tanklar və helikopterlərdən istifadə etdiyi çevriliş cəhdi nəticəsində 300-dən çox insan həlak olub, 2 100-dən çox şəxs yaralanıb.

Proqramda ən şiddətli qarşıdurmalardan birinin Avropa ilə Asiyanı birləşdirən Bosfor körpüsündə yaşandığı qeyd edilir. Burada mülki şəxslər və polis çevrilişə cəhd edən hərbçilərlə üz-üzə gəlib.

BBC hadisələrin canlı şahidi olmuş İstanbulun Çengelköy məhəlləsinin muxtarı Can Cumhurcu ilə də müsahibə hazırlayıb. O bildirib ki, çevriliş gecəsi sakinləri bir araya gətirərək barrikadalar qurub və yerli polis bölməsinin qarşısında müqavimət göstərərkən güllə yarası alıb.

Qeyd edək ki, “Witness History” proqramı dünya tarixində mühüm hadisələri həmin hadisələrin iştirakçılarının və şahidlərinin dili ilə tamaşaçılara çatdırır. Proqramda müharibələr, çevrilişlər, elmi kəşflər və tarixi dönüş nöqtələri barədə arxiv materialları və müsahibələr təqdim olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir