Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonunda çayda batan uşağın axtarışları faciəvi nəticələnib. İyulun 12-də Levçay çayının Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aşkarlanıb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq tədbirlər görülür.

