Ağdaşda 46 yaşlı qadının ölümünün səbəbi araşdırılır
Ağdaş rayonunda 46 yaşlı qadının ölümü ilə bağlı araşdırma aparılır.
Hadisə rayonun Hapıtlı kəndində baş verib. 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
İlkin məlumata əsasən, qadının yüksək hərarət nəticəsində vəfat etdiyi ehtimal olunur.
Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi məqsədilə meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Mənbə: Qafqazinfo

