“Facebook” və “Instagram”da qlobal nasazlıq yaranıb
Dünyanın ən böyük sosial media platformalarından olan “Facebook” və “Instagram”da texniki problem yaşanıb.
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, istifadəçilər hesablara giriş, lentlərin yenilənməsi və mesaj göndərilməsi zamanı çətinliklərlə üzləşiblər.
Bəzi istifadəçilərin ekranında “Hesab hazırda əlçatan deyil” bildirişi görünüb. “Meta” şirkəti problemin texniki nasazlıqla bağlı olduğunu bildirib.
“Downdetector” platformasının məlumatına görə, kəsinti dünyanın müxtəlif ölkələrində istifadəçilərə təsir edib.
“Meta” nasazlığın səbəbi və problemin tam aradan qaldırılma vaxtı ilə bağlı hələlik ətraflı açıqlama verməyib.

