Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik

“Bakı Metropoliteni” QSC fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra rəqəmsal həllərin tətbiqinə başlayır.

Xeberyerinde Oxu.Az-a istinadən xəbər verir ki, bu məqsədlə müvafiq prosedur işlərinə start verilib.

Layihə çərçivəsində metropolitendə üz tanıma texnologiyasına əsaslanan davamiyyətə nəzarət sistemi, işə qəbul portalı, “MetroStar” platforması, SOS çağırış panellərinin yenilənməsi və mərkəzləşdirilmiş idarəetmə sisteminin qurulması nəzərdə tutulur.

Bundan əlavə, qatarların hərəkət qrafikinin idarə olunması üçün yeni platformanın yaradılması və digər rəqəmsal xidmətlərin tətbiqi planlaşdırılır.

Layihənin ilkin ehtimal olunan dəyəri 5 milyon 237 min 738 manat təşkil edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir