Bərdədə kanalda batan şəxsdən xəbər yoxdur

Bərdədə kanalda batan şəxsdən xəbər yoxdur

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir