Gömrükdə yeni təyinat: Baş idarəyə yeni rəis gətirildi

Gömrükdə yeni təyinat: Baş idarəyə yeni rəis gətirildi

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəhbərliyində dəyişiklik olub.

Xeberyerinde “Unikal”a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun əmri ilə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov yeni vəzifəyə təyin edilib.

Məlumata görə, Seyfulla İsmayılov bundan əvvəl Astara Gömrük Postuna rəhbərlik edib.

Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə daha əvvəl Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubov rəhbərlik edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir