Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini keçdi- Rəsmi statistika açıqlandı

Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini keçdi- Rəsmi statistika açıqlandı

Venesuela hökuməti iyunun 24-də baş vermiş dağıdıcı ikiqat zəlzələdən sonra aparılan xilasetmə və bərpa işləri ilə bağlı son məlumatları açıqlayıb.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 5 278 nəfərə çatıb. Son sutkada daha 70 nəfərin öldüyü təsdiqlənib. Yaralananların sayı 16 740 nəfərdir.

Xilasetmə qrupları indiyədək dağıntılar altından 6 462 nəfəri sağ çıxarıb. Zərərçəkənlər üçün yaradılan səhra hospitalları və tibb məntəqələrində isə 41 069 nəfərə tibbi yardım göstərilib.

Mütəxəssislərin məlumatına görə, əsas zəlzələlərdən sonra ölkədə ümumilikdə 1 405 afterşok qeydə alınıb.

Rəsmilər bildiriblər ki, son iki həftə ərzində dağıntılar altından sağ çıxarılanların sayında artım qeydə alınmayıb. Ekspertlər bunu ağır dağıntılar altında insanın susuz və yardım olmadan adətən 3–5 gündən artıq yaşaya bilməməsi ilə izah edirlər. Buna baxmayaraq, sosial şəbəkələrdə yeni “möcüzəvi xilasetmə” xəbərlərinin yayılması davam edir. Yerli analitiklər bu məlumatların təsdiqlənmədiyini və əsasən diqqət çəkmək məqsədi daşıdığını bildirirlər.

Rəsmi statistikaya əsasən, zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 tikili müxtəlif dərəcədə zədələnib. Yaşayış evlərinin dağılması və ya qəzalı vəziyyətə düşməsi səbəbindən 17 907 nəfər evsiz qalıb.

Humanitar yardım tədbirləri çərçivəsində indiyədək 128 324 ailəyə dəstək göstərilib. Hazırda ölkə üzrə fəaliyyət göstərən 107 müvəqqəti düşərgədə 23 587 nəfər yerləşdirilib.

Zərərçəkənlərə 10 964 ton ərzaq və 37,8 milyon litr içməli su paylanılıb.

Xilasetmə və bərpa əməliyyatlarına 30 989 dövlət əməkdaşı, təhlükəsizlik qüvvələri və mülki müdafiə işçisi cəlb olunub. Bundan əlavə, 31 745 könüllü və 2 278 xarici xilasedici də əməliyyatlarda iştirak edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir