Abşeron rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü, Sabirabad rayon sakini Namiq Əmrah oğlu Nuruşovun meyiti aşkar edilib.
İlkin baxış zamanı mərhumun baş nahiyəsində müxtəlif xəsarət izlərinin olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma Abşeron Rayon Prokurorluğu tərəfindən aparılır. Hadisənin başvermə səbəbi və ölümün dəqiq şəraiti istintaq çərçivəsində araşdırılır.
Mənbə: Azxəbər

