Ağdam rayonunda açıq ərazidə yanğın baş verib.
Xeberyerinde-nin Fövqəladə Hallar Nazirliyindən əldə etdiyi məlumata görə, Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.

