Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN sammiti çərçivəsində görüş keçiriblər.
Məlumata görə, tərəflər arasında baş tutan görüş təxminən 35 dəqiqə davam edib.
Görüşdən əvvəl Marko Rubio ABŞ-li jurnalistlərin suallarını cavablandırmayıb. Media nümayəndələrinə yalnız görüşün ilk dəqiqələrini görüntüləməyə icazə verilib. Jurnalistlərdən biri İranın Rusiyaya mümkün dəstəyi ilə bağlı sual ünvanlasa da, ABŞ dövlət katibi buna münasibət bildirməyib.
Sonradan açıqlanıb ki, ABŞ tərəfinin müəyyən etdiyi protokola əsasən, görüş zamanı jurnalistlərin sual verməsi nəzərdə tutulmayıb.
Diplomatik mənbələrin məlumatına görə, Lavrov və Rubio arasında keçirilən görüş Vaşinqtonun təşəbbüsü ilə təşkil olunub.
Mənbə: Azxəbər

