Mbappe sevgilisini səhvən ifşa etdi?-FOTO

Mbappe sevgilisini səhvən ifşa etdi?-FOTO

Mbappe və Ester Ekspositonun münasibəti yenidən gündəmə gəlib.

Fransa millisinin hücumçusu Kilian Mbappe ilə ispaniyalı aktrisa Ester Eksposito barədə yayılan iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məlumata görə, daha əvvəl də bir neçə dəfə birlikdə görüntülənən cütlük şəxsi münasibətləri ilə bağlı indiyədək rəsmi açıqlama verməyib.

İddialara əsasən, Mbappe təsadüfən Ekspositonun otel otağında çəkilmiş fotosunu instaqram hesabının “hekayə” bölməsində paylaşıb. Paylaşım qısa müddət sonra silinsə də, görüntü sosial şəbəkələrdə sürətlə yayılıb.

Xarici KİV-in məlumatına görə, cütlük 2026-cı il dünya çempionatının final qarşılaşmasını Mayami sahillərində lüks yaxtada birlikdə izləyib.

Bundan başqa, mundialdan sonra Mayamidə istirahət edən Mbappe və Eksposito restoran və gecə klubunda da birlikdə görüntüləniblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir