EDIS və Emre Altuğun adına Bakıda Şöhrət Xiyabanında ulduz açıldı-FOTO

EDIS və Emre Altuğun adına Bakıda Şöhrət Xiyabanında ulduz açıldı-FOTO

Bakıda yerləşən “Sea Breeze Resort” istirahət mərkəzindəki “Sea Breeze Walk of Fame” Şöhrət Xiyabanında türk sənətçiləri EDISEmre Altuğun adına yeni ulduzların açılış mərasimi keçirilib.

Mərasimdə hər iki sənətçi iştirak edib, jurnalistlər və pərəstişkarları ilə görüşərək Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

EDIS bildirib ki, Bakıya hər dəfə böyük məmnuniyyətlə gəlir. O, paytaxtın sürətli inkişafı, müasir siması və qonaqpərvərliyinin onu hər səfərində heyrətləndirdiyini deyib. Müğənni xüsusilə “Sea Breeze”in ildən-ilə genişlənərək beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu məkanlardan birinə çevrildiyini vurğulayıb.

Qeyd edək ki, EDIS müasir türk pop musiqisinin tanınmış simalarından biridir. “Benim Ol”, “Dudak”, “Çok Çok”, “Martılar” və “Arıyorum” kimi hit mahnıları ilə məşhurlaşan ifaçı canlı səhnə performansları ilə seçilir.

Türkiyənin tanınmış müğənni və aktyoru Emre Altuğ isə 1990-cı illərdən musiqi və kino sahəsində fəaliyyət göstərir. O, uzun illər ərzində həm musiqi, həm də televiziya layihələri ilə geniş auditoriyanın rəğbətini qazanıb.

Qeyd edək ki, “Sea Breeze Walk of Fame” Azərbaycanda mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli simalarının adını əbədiləşdirən ilk Şöhrət Xiyabanıdır. Burada artıq Müslüm Maqomayev, Devid Foster, Rüstəm və Maqsud İbrahimbəyov qardaşları, Vaqif Mustafazadə və digər tanınmış şəxslərin ulduzları yer alır.

Mənbə: Azərtac

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir