Tanınmış diktor Sevda Məmmədzadə vəfat etdi

Tanınmış diktor Sevda Məmmədzadə vəfat etdi

Xəbər Yerində xəbər verir ki, Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadə 95 yaşında vəfat edib.

Məlumata görə, veteran diktor sentyabrın 18-də müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, Sevda Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona hər iki beyin yarımkürəsində baş-beyin qan dövranının kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları qoyulmuşdu.

Diktorun qızı Gültən Ramazanova son açıqlamasında anasının vəziyyətinin kritik olduğunu bildirmiş, böyrəklərinin fəaliyyətini dayandırdığını və həkimlərin səhhəti ilə bağlı ümidli olmadığını demişdi.

Sevda Saleh Məmmədzadə uzun illər Azərbaycan televiziyasında diktor kimi fəaliyyət göstərib və peşəkar fəaliyyəti ilə tanınıb.

Mənbə: Report.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir