Şəkidə ağır yol qəzası: Bir piyada öldü, digəri xəstəxanalıq oldu-FOTO

Şəkidə ağır yol qəzası: Bir piyada öldü, digəri xəstəxanalıq oldu-FOTO

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndi ərazisində qeydə alınıb. Belə ki, Fərhad Qürbəltinin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən piyadalar – 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.

Qəza nəticəsində Mahir Teyibov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib.

Digər piyada Şahin Tahirov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir