Göygöldə festivalda çadır aşdı – 8 nəfər xəsarət aldı-VİDEO

Göygöldə festivalda çadır aşdı – 8 nəfər xəsarət aldı-VİDEO

Göygöldə keçirilən Milli Yaylaq Festivalında baş verən xoşagəlməz hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Festival ərazisində quraşdırılmış çadırlardan biri güclü küləyin təsiri ilə yerindən qoparaq insanların üzərinə aşıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub. Yaralılara ərazidə ilkin tibbi yardım göstərilib, daha sonra onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Məlumata görə, xəsarət alanlar 1968-ci il təvəllüdlü Həmayə Fətullayeva, 8 yaşlı D.A. (adı şərtidir), 1975-ci il təvəllüdlü Təranə Cəfərova, 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, 1999-cu il təvəllüdlü Əli Məmmədzadə, 1968-ci il təvəllüdlü Nailə İsmayılova, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdlü Vüsət Zeynalovdur.

Hazırda polis əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirlərini davam etdirir, xəsarət alanların təxliyəsini və nəqliyyatın təhlükəsiz hərəkətini təmin edirlər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir