Naxçıvanda təcili yardım maşını aşdı: 4 nəfər xəsarət aldı-FOTO

Naxçıvanda təcili yardım maşını aşdı: 4 nəfər xəsarət aldı-FOTO

Naxçıvanda təcili tibbi yardım avtomobilinin iştirakı ilə baş verən yol qəzası nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Chery” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən təcili yardım maşını aşıb.

Qəza nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər, eləcə də “Chery” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir