Rumıniya hava məkanında vurulan PUA ilə bağlı Rusiyaya nota verdi

Rumıniya hava məkanında vurulan PUA ilə bağlı Rusiyaya nota verdi

Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozduğu bildirilən pilotsuz uçuş aparatının F-16 qırıcısı tərəfindən məhv edilməsindən sonra Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi nazirliyə dəvət edib.

Xeberyerinde Apa-ya istinadla xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, son üç gün ərzində Rumıniya hava məkanında zərərsizləşdirilən pilotsuz uçuş aparatlarının sayı üçə çatıb.

Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, Baş Prokurorluğun apardığı ilkin araşdırmanın nəticələrinə əsasən, vurulan pilotsuz uçuş aparatının Rusiya tərəfindən istifadə edildiyi müəyyən edilib.

Rəsmi Buxarest hava məkanının pozulmasını qəbuledilməz adlandırıb və insidentlə bağlı diplomatik tədbirlərin görüləcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir