İran Ukraynanı ticarət gəmisinə hücumda ittiham etdi

İran Ukraynanı ticarət gəmisinə hücumda ittiham etdi

İran Ukraynanı ölkəyə məxsus ticarət gəmisinə hücum etməkdə və hadisə nəticəsində bir dənizçinin ölümünə səbəb olmaqda ittiham edib.

Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, sözügedən hücum BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və İsrailin Avropanı münaqişəyə cəlb etmək cəhdinə xidmət edir.

Əraqçi qeyd edib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Kiyevin bu addımının cavabsız qalmayacağını da vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir