İsrail Qəzzada HƏMAS-ın iki yüksək rütbəli zabitini öldürdü

İsrail Qəzzada HƏMAS-ın iki yüksək rütbəli zabitini öldürdü

İsrail ordusunun Qəzza zolağının mərkəzində həyata keçirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın iki yüksək rütbəli təhlükəsizlik rəsmisi həlak olub.

Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, zərbə zamanı HƏMAS-ın Deyr əl-Bələh bölgəsində daxili təhlükəsizlik xidmətinin rəhbəri, polkovnik Vail Musa əl-Lədavi və mayor Ramez Əbu Zərayq ölüb.

İsrail ordusu əməliyyatın HƏMAS üzvünə qarşı yönəldiyini təsdiqləyib. Bununla belə, hücumun təfərrüatları ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Fələstin mənbələri hədəfə alınan şəxslərin HƏMAS-ın təhlükəsizlik strukturlarında xidmət etdiyini bildirib.

Qeyd olunur ki, İsrail son aylarda HƏMAS-ın təhlükəsizlik və polis strukturlarına qarşı oxşar hava zərbələrini davam etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir