Bu gün Bakının bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, qaz təchizatındakı məhdudiyyət planlı təmir-quraşdırma işləri ilə əlaqədardır.
Bildirilib ki, saat 08:00-dan etibarən işlər başa çatanadək Pirallahı qəsəbəsinin bir hissəsinə qaz verilişi dayandırılacaq.
Həmçinin, saat 10:00-dan başlayaraq təmir işləri yekunlaşana qədər Xəzər rayonunun Qala kəndində də abonentlər qazsız qalacaqlar.
“Azəriqaz” sakinlərdən yaranacaq müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edib.

