Belqorod PUA hücumuna məruz qaldı: Uşaqlar da daxil olmaqla 12 nəfər yaralandı-FOTO

Belqorod PUA hücumuna məruz qaldı: Uşaqlar da daxil olmaqla 12 nəfər yaralandı-FOTO

Rusiyanın Belqorod şəhəri pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb. Hadisə nəticəsində 12 nəfər, o cümlədən iki uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Belqorod vilayətinin Operativ Qərargahının yaydığı məlumata görə, hücum zamanı çoxmərtəbəli yaşayış binasında bir neçə mənzildə yanğın baş verib. Bundan başqa, 15-dən çox park edilmiş avtomobilə ziyan dəyib.

Məlumata əsasən, fərdi yaşayış evlərindən biri qismən dağılıb, bir neçə çoxmənzilli binaya da ciddi zərər dəyib.

Hazırda fövqəladə xidmət əməkdaşları hadisə yerində işləyir. Hücumun nəticələri ilə bağlı məlumatların dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir