Ağcabədi rayonunda Qarabağ suvarma kanalında bir nəfərin batdığı ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı məlumat iyulun 26-da Nazirliyin “112” qaynar telefon xəttinə daxil olub. Bildirilib ki, hadisə kanalın Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində qeydə alınıb.
Müraciətdən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hazırda 1993-cü il təvəllüdlü Orxan Feyruz oğlu İbrahimovun batdığı ehtimal olunan ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. Hadisə barədə əlavə məlumat veriləcəyi bildirilib.

