Türkiyədə İstanbul Baş Prokurorluğunun apardığı “Ahbaplar Cinayət Təşkilatı” istintaqı çərçivəsində bir sıra tanınmış şəxslər ifadə verməyə çağırılıb.
Məlumata görə, jurnalist Uğur Dündar, müğənni və rejissor Mahsun Kırmızıgül, müğənni və aktrisa Gülben Ergen, aktrisa Elçin Sangu, eləcə də rok ifaçısı Hayko Cepkin prokurorluqda ifadə verəcəklər.
Bildirilib ki, istintaq davam edir. Tanınmış şəxslərin hansı məsələ ilə bağlı ifadəyə çağırıldığı barədə hələlik rəsmi açıqlama verilməyib.

