İlham Əliyev fərman imzaladı: Çox yüngül uçuş aparatları ilə bağlı yeni qaydalar hazırlanacaq

İlham Əliyev fərman imzaladı: Çox yüngül uçuş aparatları ilə bağlı yeni qaydalar hazırlanacaq

Prezident İlham Əliyev “Aviasiya haqqında” Qanunda dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində çox yüngül uçuş aparatlarının (ultrayüngül hava vasitələrinin) hava məkanından istifadəsi və uçuş qaydalarını hazırlayıb təsdiq etməli, dörd ay ərzində isə bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir.

Yeni qaydalarda uçuş aparatlarının texniki tələbləri, qeydiyyatı, onları idarə edən şəxslər üçün yaş, hazırlıq və tibbi yararlılıq meyarları, uçuşlara icazə verilən və qadağan olunan ərazilər, təhlükəsizlik prosedurları, texniki baxış qaydaları, eləcə də istismarçıların hüquq və vəzifələri öz əksini tapacaq.

Qanuna edilən dəyişikliklə “Aviasiya haqqında” Qanunun 56.5-ci maddəsi də genişləndirilib və çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarının ayrıca tənzimlənməsi nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir