Prezident İlham Əliyev Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqavilənin təsdiq edilməsi ilə bağlı qanunu imzalayıb.
Qanuna əsasən, 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə” təsdiq edilib.
Sənəd iki ölkə arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlığın daha da genişləndirilməsinə və hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.

